Erməni komandir diversiya törətmək tapşırığı aldığını etiraf edib - VİDEO  

17:21 26.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Silahlı Qüvvələri diversiya-kəşfiyyat qrupunun əsir götürülmüş komandirinin videomüraciəti yayılıb.

Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində təxribat törətməyə cəhd göstərərkən əsir götürülmüş Qurqen Alaverdyan videoda harada anadan olması, hərbi xidməti barədə məlumat verir.

O, Kəlbəcər rayonunda xidmət etdiyini, Goranboy rayonu istiqamətində Azərbaycan Ordusuna qarşı diversiya törətmək tapşırığını aldığını bildirib.